AMO 2025





Ödəniş ilə bağlı hər hansı bir sualınız və ya çətinliyiniz olarsa bizimlə əlaqə saxlayın, Zəng edin və ya Whatsapp-a yazın:
+994 55 8094434


AMO 2025

AMO (American Mathematics Olympiad) Haqqında Məlumat

 1.⁠ ⁠Oxuduğu sinif : 
2024–2025 tədris ili üzrə qeydiyyatdan keçən şagirdlər bir sinif aşağı  iştirak edə bilərlər. ( Qeydiyyatın sonunda ad-soyad və sinifin düzgünlüyünü təkrar yoxlayın )

 2.⁠ ⁠İmtahanın məzmunu: 
İmtahan yalnız riyaziyyat fənni üzrə suallardan ibarət olacaqdır.

 3.⁠ ⁠Suallar və müddət: 
İmtahan 90 dəqiqə davam edir və ümumilikdə 25 sualdan ibarətdir:
  – 15 test tipli sual
  – 10 açıq tipli sual
  Qeyd: Səhv cavablar düzgün cavabları aparmır.

 4.⁠ ⁠Qeydiyyat təsdiqi: 
Qeydiyyat başa çatdıqdan sonra təsdiqedici məlumat SMS vasitəsilə göndəriləcəkdir.

 5.⁠ ⁠İmtahanın vaxtı: 
Olimpiada 2024-cü ilin noyabr ayının ilk həftəsində keçiriləcəkdir.

 6.⁠ ⁠Buraxılış vərəqəsi: 
İmtahanın dəqiq tarixi, keçiriləcəyi yer, saat və otaq nömrəsi ilə bağlı məlumatlar imtahandan 5 gün əvvəl SMS vasitəsilə təqdim olunacaqdır.

 7.⁠ ⁠Qadağan olunmuş əşyalar: 
İmtahana çanta, kalkulyator, elektron saat və əlavə vərəqlər gətirilməsi qadağandır.

 8.⁠ ⁠Qeydiyyat məlumatlarının düzəlişi: Əgər qeydiyyat zamanı sinif, məktəb, ad və ya soyadla bağlı hər hansı bir yanlışlıq baş verərsə, bu barədə imtahandan əvvəl rəsmi şəkildə müraciət etməyiniz tələb olunur.

 9.⁠ ⁠İmtahana gecikmə: 
İmtahana gecikən iştirakçılara əlavə vaxt verilməyəcəkdir (yalnız fors-major hallar istisna təşkil edir).

10.⁠ ⁠İmtahanda iştirak etməmək: 
Şagird imtahanda iştirak etmədiyi halda ödəniş geri qaytarılmır və imtahan tarixi dəyişdirilmir.

11.⁠ ⁠Ödənişin geri qaytarılması: 
Ödəniş yalnız qeydiyyatın tamamlandığı tarixdən etibarən 7 gün ərzində geri qaytarıla bilər.

12. Qeydiyyat zamanı şagirdin ad və soyadı yalnız ingilis ( ingilis şrifti ilə)  dilində olmalı.

13. Son qeydiyyat tarixi: 20 oktyabr.

Hazırda oxuduğunuz sinifdən bir sinif aşağı qeyd edin
Ödəniş: 55AZN